"Mingəçevir reqatası-2024”: İlk gündə 9 medal
16.10.2024 - 18:51
!["Mingəçevir reqatası-2024”: İlk gündə 9 medal](https://ww3.apasport.az/storage/news/2024/october/16/big/670fcf9aea753670fcf9aea7541729089434670fcf9aea74a670fcf9aea752.jpg)
Azərbaycan avarçəkənləri "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin ilk günündə 9 medal qazanıblar.
Apasport.az xəbər verir ki, son olaraq Məhəmməd Həsənov bürünc, Əlimurad Hacızadə gümüş mükafat əldə ediblər.
Həsənov 2010-2011 təvəllüdlü idmançıların 1000 metr məsafəyə akademik avarçəkmə yarışında üçüncü, Hacızadə 2008-2009 təvəllüdlülər arasında 1000 metr məsafəyə kayakda ikinci yeri tutub.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimiz 7 medal qazanıblar. "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.
0
0