![Mingəçevirdə daha 4 təmsilçimiz medal qazanıb: 1 qızıl, 1 gümüş, 2 bürünc](https://ww3.apasport.az/storage/news/2024/october/16/big/670fa4f09b775670fa4f09b7761729078512670fa4f09b76b670fa4f09b774.jpg)
Azərbaycanın daha 4 təmsilçisi "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.
Apasport.az xəbər verir ki, Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal əldə edib.
Onlar 2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növündə fərqləniblər. Cavid Vəlizadə isə 2008-2009 təvəllüdlü kanoeçilər arasında 1000 metr məsafədə üçüncü olub.
Daha öncə Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub. Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.
Qeyd edək ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.