Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal
22.08.2026 - 23:31
Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal

Azərbaycan karateçiləri İstanbulda keçirilən “Turkish Open” beynəlxalq karate turnirində iki gümüş medal qazanıblar.

Apasport.az xəbər verir ki, 27 ölkədən 1100-ə yaxın idmançının qatıldığı yarışda “Qaraqaplan Karate Klubu”nun üzvü Qəhrəman Rzaquliyev 12-13 yaş, 45 kq çəki dərəcəsində 5 görüş keçirərək finala yüksəlib.

Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən Rzaquliyev həlledici görüşdə Özbəkistan təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.

“Arpaçay Karate Klubu”nun idmançısı Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında finala yüksələrək ikinci yeri tutub. Onun şəxsi məşqçisi Roman Heydərov, milli komandanın baş məşqçisi isə Vüqar Kərimovdur.

Beləliklə, Azərbaycan təmsilçiləri “Turkish Open” turnirini iki gümüş medalla başa vurublar.