
Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, 3 gün davam edən yarışda karateçilərimiz 3 medal qazanıblar.
Azərbaycan millisi 1 gümüş, 2 bürünc medal əldə edib. Yığmamızın üzvlərindən Ələddin Məlikov (16-17 yaş / 68 kq) gümüş mükafata, Vüsal Qənbərov (14-15 yaş / 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kq) bürünc medallara yiyələnib.
Qeyd edək ki, komamdamız yarışa Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərovun, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
- AFFA “Zirə”nin şikayətini təmin etmədi
- Bundesliqa: “Bavariya” evdə, “Verder” səfərdə qələbə qazanıb
- Güləş üzrə yığmamız ardıcıl 4-cü dəfə Avropa çempionu olub
- Qyoko Hacıyevski: “Azərbaycan San-Marino, Andorra, Farer adaları deyil” - MÜSAHİBƏ
- "Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində