Karateçilərimiz Polşaya yollanıb
08.05.2025 - 00:12
Azərbaycanın ənənəvi karate üzrə milli komandası Fudokan üslubu üzrə 10-cu dünya çempionatında iştirak etmək üçün Polşanın Pulavi şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanından Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov yola salıb.
Qeyd edək ki, milli komandaya Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, ənənəvi karate fudokan üzrə nümayəndə Vüsal Abdullazadə rəhbərlik edir.
Dörd ildən bir keçirilən dünya çempionatı 8-11 may tarixlərini əhatə edir.
- Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər
- “Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”
- Kökçü oynadı, komandası məğlub oldu
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
- “Qarabağ” dünya reytinqində 8 pillə irəlilədi
0
0