Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb
11.01.2026 - 00:28
Dünya Karate Federasiyasının (WKF) Tbilisidə idman karatesi üzrə təşkil etdiyi “Karate 1 Series A” beynəlxalq turniri baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycanı bu yarışda milli komandamızın üzvü Mədinə Sadıqova təmsil edib.
Qadınlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız turnir ərzində bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə iranlı rəqibi ilə qarşılaşan Sadıqova mübarizəni ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edib.
- Uinston Parks: "Lənkəranda olduğum vaxtlar həyatımın ən gözəl anlarından idi" - Müsahibə
- Messinin şansı 93 faizdir - “Qızıl top”u qazanmağa
- Bir qrup idmançımız Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO
- İdmançımız Xorvatiyada bürünc medal qazanıb
- İranın oyununda 29 dəqiqə uzatma vaxt - REKORD
0
0