İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Karateçisi Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təcrübəli karateçimiz yarışın finalına qədər irəliləyərək gümüş medala sahib olub.
Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir. Hüseyn Məmmədlinin qazandığı medal Azərbaycan karateçilərinin beynəlxalq arenadakı uğurlarının davamıdır.
- Qurban Qurbanovu kövrəldən video: İspaniyada “Qarabağ”a sürpriz
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ
- Villian “Fulhem”i tərk etdi
- Murad Musayevin komandası ilk dəfə Rusiya çempionu olub
- “Qarabağ” "Braqa" görüşü ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək