1,1 milyon funt UDUZDU
21.01.2023 - 16:27
Bukmeker kontorlarında ağlasığmaz mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər Amerika futboluna 1,1 milyon funt sterlinq mərc edib.
O, canlı qoyuluşa üstünlük verib. Better “Los Angeles Chargers”in 27:0 hesabı ilə öndə olduğu vaxt komandanın qalib gələcəyini təxmin edib. O, vur-tut 9 min 139 funt sterlinq qazanmaq üçün bu qədər böyük riskə gedib. Amma oyunda dönüş yaradan “Jacksonville Jaguars” tarixin ən böyük kambeklərindən birinə imza ataraq qalib gəlib.
Qeyd edək ki, Los-Anceles təmsilçisi yekunda 30:31 hesabı ilə uduzub.
- Millilərimiz İslamiadada mübarizəyə başlayırlar
- Azərbaycan çempionunun baş məşqçisi: “Son oyunu düşünməliyik”
- Azərbaycan İdman Mediasının İrəvanda bayrağımızın yandırılması ilə bağlı BƏYANATI
- Qurban Qurbanov birlikdə oynadığı ən güclü 3 futbolçunun adını açıqladı
- ÇL: Həftənin oyunçusu adına namizədlər bəlli olub
0
0