A Seriyası: “Latsio”dan minimalhesablı qələbə
27.10.2025 - 01:54
İtaliya A Seriyasının VIII turunda “Latsio” öz meydanında “Yuventus”u qəbul edib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Oyunda yeganə qolu matçın 9-cu dəqiqəsində “Latsio”nun yarımmüdafiəçisi Toma Başiç vurub.
Bu qələbədən sonra “Latsio”nun xalı 11-ə yüksəlib və komanda turnir cədvəlində 10-cu pilləyə qalxıb.
Ardıcıl uğursuz nəticələr göstərən “Yuventus” isə artıq 8 oyun ardıcıl qələbə qazana bilmir.
- "Çelsi" nümayəndələri dünya çempionu üçün Lissabonda
- Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatdı
- Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO
- Azərbaycan çempionatının adı dəyişdirildi
- "Şahdağ Qusar" və "Şəfa" qələbə qazandı - I Liqaya yüksəldilər
0
0