A Seriyası: “Yuventus” Çempionlar Liqasına vəsiqə qazandı
26.05.2025 - 00:53
A Seriyası: “Yuventus” Çempionlar Liqasına vəsiqə qazandı

İtaliya A Seriyasında mövsümə yekun vurulub.

Apasport.az xəbər verir ki, "Yuventus" səfərdə "Venesiya" ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 70-ə çatdıran "qoca sinyora" gələn mövsüm UEFA çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Turun digər matçında isə "Roma" "Torino"nu 2 cavabsız qolla məğlub etməyi bacarıb.

İtaliya A Seriyası
XXXVIII tur

22:45. "Venesiya" - "Yuventus" 2:3
22:45. “Udineze” - “Fiorentina” 2:2
22:45. "Torino" - "Roma" 0:2
22:45. "Latsio" - "Leççe" 0:1
22:45. "Empoli" - "Verona" 1:2
22:45. "Atalanta" - "Parma" 2:2