“Arsenal” turu qalib başa vurdu
14.12.2025 - 01:58
İngiltərə Premyer Liqasında XVI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında lider "Arsenal" öz meydanında autsayder "Vulverhempton"u qəbul edib.
Gərgin keçən qarşılaşmada qapılara 3 qol vurulub. Görüş "topçular"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu nəticə ilə "Arsenal" 36 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Aktivində 2 xalı olan "Vulverhempton" isə sonuncu - 20-ci sırada yerini alıb.
0
0