İngiltərə Premyer Liqasının lideri "Arsenal" ardıcıl 3 matç xal itirib.
Apasport.az xəbər verir ki, London klubu ardıcıl 3 oyun 1 xala razılaşmalı olub.
Daha əvvəl "Liverpul" və "Vest Hem"lə matçlarda 2:0 hesablı üstünlüyü qoruyub saxlamağı bacarmayan "topçular" bu dəfə autsayder "Sauthempton"a məğlubiyyətdən qurtulub. Komanda 1:3 uduzduğu görüşdə yalnız 2 qol vurmaqla 1 xala razılaşmalı olub.
Qeyd edək ki, hazırda 75 xalı olan "Arsenal" 2-ci pillədəki "Mançester Siti"ni cəmi 5 xal qabaqlayır. "Arsenal"ın "Nyukasl" və "Mançester Siti" ilə səfər görüşlərinin olduğunu, üstəlik "şəhərlilər"in 2 matç az keçirdiyini nəzərə alsaq, artıq London komandasının çempionluq şansları az dəyərləndirilir.
- “Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”
- “Real”da ciddi itki - 1 ay oynamayacaq
- Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında
- "Qalatasaray"la oyunda "Qarabağ"ın yeni himni səsləndiriləcək
- Zaur Həşimov: "Qarabağ"ın itirəcək bir şeyi yoxdur" - Müsahibə