“Aston Villa” “Siti”yə çatdı
05.04.2025 - 23:26
İngiltərə Premyer Liqasında XXXI turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "Aston Villa" öz meydanında mövsümün sürpriz komandalarından "Nottingem Forest"lə üz-üzə gəlib.
Ev sahiblərinin ilk hissədə vurduğu 2 qol matçın taleyini bəlli edib. Görüş "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 51-ə çatdıran Unay Emerinin yetirmələri eyni xala sahib "Mançester Siti" ilə 5-6-cı pillələri bölüşdürür.
İngiltərə Premyer Liqası
XXXI tur
20:30. “Aston Villa” - “Nottingem Forest” - 2:1
- "Sabah"da Aleksey İsayev yerinə alternativ - 400 min dollar...
- “Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”
- “Çempionların savaşı” turnirinin tanıtım çarxı təqdim edilib - VİDEO
- Qriqorçuk: "Ramil Şeydayev komandamız üçün əla transferdir"
- Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb
0
0