“Barsa”dan əzmkar qələbə, RAFİNYADAN HET-TRİK
20.09.2026 - 01:15
İspaniya La Liqasında VII tur davam edir.
Apasport.az xəbər verir ki, növbəti oyun günündə "Barselona" meydana çıxıb.
Komanda "Sevilya"nın qonağı olub. Görüşdə hesabı meydan sahibləri açıb. Yussuf Fofana fərqlənib.
Lakin qonaqların heyətində Rafinya het-trik müəllifi olub. Onun vurduğu qollar komandasına əzmkar qələbə qazandırıb - 3:1.
Qeyd edək ki, "Barsa" 7 oyunda 7 qələbə qazanıb. Komanda 21 xalla turnir cədvəlinə liderlik edir.
0
0