
"Bavariya" ardıcıl 4-cü matçda qələbəyə həsrət qalıb.
Apasport.az xəbər verir ki, Münxen komandası Almaniya Bundesliqasının XXIX turunda səfərdə “Maynts”a 1:3 uduzub. Hesabı ilk hissədə seneqallı Sadio Mane açsa da, fasilədən sonra meydan sahibləri 3 qol vuraraq qalib gəlib.
Bununla da "Bavariya"nın "Mançester Siti"yə UEFA Çempionlar Liqasında 1 məğlubiyyət və 1 heç-heçəsi, həmçinin ötən tur "Hofenhaym"la 1:1 hesabı ilə qələbəsiz oyunlar seriyası 4-ə çatıb.
Hazırda bu komandanın ən yaxın izləyicisi, Tomas Tuxelin sabiq iş yeri olan Dortmund “Borusiya”sı "Ayntraxt"ı 4:0 darmadağın edir. Bu matçda Dortmund təmsilçisinin 3 xal qazanacağı şübhə doğurmadığından, liderin dəyişəcəyi, 1 xal az toplanış "Bavariya"nın 2-ci sıraya düşəcəyini demək mümkündür.
- "Arsenal" "Barselona"nın yarımmüdafiəçisi üçün 75 milyon avro ödəyə bilər
- “Cəbrayıl”da nə baş verir? - Klubun 90 faizinin maaşları kəsilib
- PFL prezidenti Praqada - FOTO
- Sablyaçılarımızdan gümüş medal
- Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlandı