“Bavariya” uddu, Keyn qol hesabını açdı
19.08.2023 - 00:31
Almaniya çempionatında 2023/24 mövsümünə start verilib.
Apasport.az-ın məlumatına görə, son Almaniya çempionu səfərdə “Verder”ə qalib gəlib.
Bremen şəhərində keçirilən oyuna qonaqlar uğurlu start götürüblər. 4-cü dəqiqədə hesabı açan Sane dublla yadda qalıb. “Bavariya”ın yeni transferi Harri Keyn Almaniyada ilk qolunu vurub. O, 75-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, turun digər matçları bu gün və sabah keçiriləcək.
Almaniya Bundesliqası
1-ci tur
18 avqust
“Verder” – “Bavariya” – 0:4
- İndi də hədəfdə "Sabah"dır? - Növbəti həngamə
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- UEFA "Zirə"nin rəqibinə xəbərdarlıq edib
- "Şamaxı" "Qarabağ"ın futbolçusunu heyətinə qatır
- Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir
0
0