"Beşiktaş" 3 xalı 2 qolla qazandı
19.03.2026 - 23:45
"Beşiktaş" 3 xalı 2 qolla qazandı

Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün "Beşiktaş" meydana çıxıb.

Komanda "Kasımpaşa"nı qonaq edib. 

Oyunda hesab ilk yarıda açılıb. Oh Hyon-Qyu fərqlənib. Hissənin sonlarında Orkun Kökçü adını tabloya yazdırıb.

İkinci yarı qarşılıqlı hücumlar şəraitində keçib. 57-ci dəqiqədə Adrian Benadcak penaltini dəqiq yerinə yetirib. Tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib - 2:1.

Qeyd edək ki, xallarının sayını 52-yə çatdıran "Beşiktaş" 4-cü pillədə qərarlaşıb.