Bundesliqa: “Bavariya”dan darmadağın
18.10.2026 - 00:22
Almaniya Bundesliqasında VI turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.
“Bavariya” doğma meydanda “Leypsiq”i qəbul edib. Münhen təmsilçisi rəqibini 6:1 hesabı ilə darmadağın edib.
“Borussiya” (Dortmund) səfərdə “Union Berlin”lə qolsuz heç-heçə edib – 0:0. “Maynts” isə “Şalke”ni minimal hesabla məğlub edib – 1:0.
“Hamburq” “Ştutqart”ı 1:0 hesabı ilə üstələyib. “Elversberq” “Auqsburq”la qarşılaşmada 4:3 hesablı qələbə qazanıb. “Verder” və “Paderborn”un duelində isə qalib müəyyənləşməyib – 2:2.
0
0