Donnarummanı cəzalandırdılar
07.12.2023 - 21:12
![Donnarummanı cəzalandırdılar](https://ww3.apasport.az/storage/news/2023/december/07/big/6571ec4865c216571ec4865c2217019648726571ec4865c1f6571ec4865c20.jpg)
Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi PSJ-nin qapıçısı Canluici Donnarummanı iki oyunluq cəzalandırıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı qolkiper Fransa çempionatının 14-cü turunda “Havr”la matçda (2:0) birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, Donnarumma Liqa 1-də “Nant” (9 dekabr) və “Lill”lə (17 dekabr) matçları buraxacaq.
0
0