İstanbul derbisində üç qol
05.11.2022 - 23:41
Türkiyə Super Liqasında XIII tur davam edir.
Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyununda “Qalatasaray”la “Beşiktaş” qarşılaşıb.
“Sarı-qırmızılar”ın meydanında baş tutan görüşdə üç qol vurulub. İstanbul derbisində hesabı Mauro İkardi açıb. Qonaqlar fasiləyədək Cenk Tosunun qolu ilə hesabı bərabərləşdirib.
Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. Dublunu rəsmiləşdirən İkardi “Qalatasaray”a qələbə qazandırıb – 2:1.
Qeyd edək ki, "Qalatasaray" 24 xalla 2-ci, iki xal geri qalan "Beşiktaş" 5-ci yerdə qərarlaşıb.
- Beynəlxalq Tennis Federasiyasından təxribatçı əməllə bağlı məktub
- Emin İmaməliyev: "Yəqin ki, Kadi "Ferentsvaroş"u daha çox istəyib deyə..." - MÜSAHİBƏ
- “El Klasiko”nu “Real” qazandı
- Mirça Rednik: "Xəzər Lənkəran"a qayıtmağa hazıram - Özəl
- “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
0
0