İtaliya nəhənginin forvardı klubunu dəyişmək istəmir
01.12.2023 - 22:03
“Yuventus”un hücumçusu Duşan Vlahoviç Turin klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, serbiyalı forvard “Yuventus”dan ayrılmaq barədə heç vaxt düşünmədiyini bildirib:
“Yuventus”da özümü evimdəki kimi hiss edirəm və heç vaxt ayrılmaq barədə düşünməmişəm. Mən dünyanın ən güclü komandalarından birində oynayıram. Bununla fəxr edirəm və indi özümü burada görürəm”.
23 yaşlı futbolçu bu mövsüm 11 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
- "Qalatasaray"ın UEFA siyahısına əlavə etdiyi adlar açıqlanıb
- Qadın güləşçilərimizdən Avropa çempionatında 3 medal
- Samir Abasov: "Böyük klubun böyük azarkeşi olar"
- Aleksey Kaşuk: "Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir"
- Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək
0
0