“Latsio” evdə xal itkisi ilə üzləşib
11.03.2025 - 01:38

İtaliya A Seriyasında XXVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün 1 matç keçirilib.
"Latsio" öz meydanında "Udineze" ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada qarşılıqlı qollara şahidlik edilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İtaliya A Seriyası
XXVIII tur
23:45. “Latsio” - “Udineze” - 1:1
0
0