“Latsio”dan kritik xal itkisi
29.04.2025 - 00:56
“Latsio”dan kritik xal itkisi

İtaliya A Seriyasında XXXIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə "Latsio" meydana çıxıb.

Komanda "Parma"nı qəbul edib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

"Bolonya" isə Udineze səfərində xal itirib.

İtaliya A Seriyası
XXXIV tur
28 aprel

20:30. "Udineze" - "Bolonya" - 0:0
22:45. "Latsio" - "Parma" - 2:2
22:45. "Verona" – "Kalyari" - 0:2