Levandovski 2 qol vurdu, "Barselona" mövsümə qələbə ilə başladı
18.08.2024 - 01:46
![Levandovski 2 qol vurdu, "Barselona" mövsümə qələbə ilə başladı](https://ww3.apasport.az/storage/news/2024/august/18/big/66c11a24b548166c11a24b5482172393117266c11a24b547f66c11a24b5480.jpg)
"Barseloan" La Liqanın yeni mövsümündə ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, katalonlar 3 xalı Valensiya səfərində axtarıb.
Matçın 44-cü dəqiqəsində meydan sahibləri Huqo Duronun qolu ilə önə keçsələr də, 45+5-ci dəqiqədə Robert Levandovski hesabı bərabərləşdirib. Polşalı ulduz 49-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə qonaqlara 3 xal qazandırıb - 1:2
Qeyd edək ki, günün digər qarşılaşmasında "Osasuna" evdə "Leqanes"lə bacarmayıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
0
0