London derbisinin taleyini 1 qol həll etdi
06.11.2022 - 18:06
İngiltərə Premyer Liqasında XV tur davam edir.
Apasport.az saytının məlumatına görə, bu günün ilk oyununda London derbisi baş tutub.
Lider “Arsenal” “Stemford Bric”də “Çelsi”nin qonağı olub. Qarşılaşmanın taleyini bir qol həll edib. “Topçular” müdafiəçi Qabrielin 63-cü dəqiqədə vurduğu yeganə top sayəsində 1:0 hesablı qələbə qazanıb.
Bununla xallarının sayını 34-ə çatdıran “Arsenal” liderliyini davam etdirib. “Çelsi” isə 21 xalla 7-ci pillədə qərarlaşıb.
- "Eqnatiya"nın idman direktoru: "Vüsalın transferindən gəlir əldə etdik" - Özəl
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının 2-ci günündə idmançılarımızdan 3 medal
- Konfrans Liqası: "Başakşehir" turnirə məğlubiyyətlə başladı - YENİLƏNİB
- Millimiz tarix yazmağın ASTANASINDA
- FIFA-dan növbəti dəyişiklik: KLUB SAYI ARTIRILIR
0
0