“Mançester Yunayted” son dəqiqələrdə sevindi
17.08.2024 - 00:55
![“Mançester Yunayted” son dəqiqələrdə sevindi](https://ww3.apasport.az/storage/news/2024/august/17/big/66bfbc976557d66bfbc976557e172384168766bfbc976557b66bfbc976557c.jpeg)
Bu gün İngiltərə Premyer Liqasının yeni mövsümünün açılış matçı baş tutub.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" "Fulhem"i qəbul edib.
"Qırmızı şeytanlar" rəqibin müqavimətini görüşün 87-ci dəqiqəsində qırmağı bacarıb. 61-ci dəqiqədə Meyson Mountu əvəzləyən yeni transfer Coşua Zirkzee fərqlənməklə komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, Premyer Liqanın ilk turuna avqustun 18-i yekun vurulacaq.
0
0