"Mançester Yunayted" yenidən 3-cü pillədə
16.04.2023 - 21:41
!["Mançester Yunayted" yenidən 3-cü pillədə](https://ww3.apasport.az/storage/news/2023/april/16/big/643c376d373bd643c376d373be1681667949643c376d373bb643c376d373bc.jpg)
İngiltərə Premyer Liqasında "Mançester Yunayted" yenidən 3-cü sıraya yüksəlib.
Apasport.az xəbər verir ki, XXXI tur çərçivəsində "qırmızı şeytanlar" səfərdə "Notinqem Forest"i məğlub edib.
Meydan sahiblərinin çərçivəyə 1 zərbə belə vura bilmədiyi görüşdə Antoni və Diequ Dalot "Mançester Yunayted"ə 2:0 hesablı qələbə qazandırıb.
Bu qələbədən sonra Erik ten Haaxın yetirmələri bu tur məğlub olan "Nyukasl"ı keçərək 3-cü sıraya yüksəlib.
0
0