Millimizin üzvü het-trik etdi - KOMANDASI 3 xal qazandı
06.09.2026 - 21:04
Kosovo Superliqasında IV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” öz meydanında “Qjilani”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Malişeva”nın heyətində bütün qolları Vüsal İsgəndərli vuraraq het-trik edib.
Qeyd edək ki, bu nəticədən sonra “Malişeva” 10 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
0
0