Portuqaliyada gecənin qəhrəmanı - Orkun Kökçü
13.04.2025 - 23:39
Portuqaliya Liqasında XXIX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "Benfika" evdə "Aruka"nı qəbul edib.
4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Türkiyə millisinin üzvü Orkun Kökçü matç zamanı möhtəşəm çıxışı ilə yadda qalıb. O, 1 qol, 1 assistlə komandasının bir xal qazanmasında böyük pay sahibi olub.
Qeyd edək ki, "Benfika" XXIX turdan sonra 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
- Qurban Qurbanov rumın məşqçilər barədə: "Rednikə qarşı oyunlarımız daha maraqlı olub"
- Yusuf Yazıcı nəhənglərin radarına düşüb
- Bundesliqa: “Ayntraxt” “Ştutqart”ı məğlub etdi
- Azərbaycan Regional Voleybol Klublarının nümayəndələri ilə görüş keçirilib
- Ceyhun Nuriyev: "Cütün taleyi ikinci oyunda həll olunacaq"
0
0