Premyer Liqa: Çempion səfərdə məğlub oldu
20.05.2025 - 00:57

İngiltərə Premyer Liqasında XXXVII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, bu gün 1 matç keçirilib.
Çempionluğunu rəsmiləşdirən "Liverpul" səfərdə "Brayton"la üz-üzə gəlib.
Beş qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Mersisayd təmsilçisi 2:3 hesabı ilə uduzaraq, meydanı xalsız tərk edib.
İngiltərə Premyer Liqası
XXXVII tur
23:00. “Brayton” - “Liverpul” - 3:2
0
0