Premyer Liqa: Ev sahiblərindən qələbə
02.11.2025 - 22:27
Premyer Liqa: Ev sahiblərindən qələbə

İngiltərə Premyer Liqasında X turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder "Vest Hem" öz meydanında "Nyukasl"ı qəbul edib.

Azarkeşlər gərgin keçən qarşılaşmada 4 qola şahidlik ediblər. Oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son qarşılaşmasında isə "Mançester Siti" evdə "Bornmut"u 3:1 hesabı ilə məğlub etməyi bacarıb.