Premyer Liqa: “Yunayted”dən qələbə, “Liverpul” xal itirdi
15.03.2026 - 22:35
İngiltərə Premyer Liqasında XXX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Mançester Yunayted” öz meydanında “Aston Villa” ilə üz-üzə gəlib.
4 qolun vurulduğu qarşılaşmada sevinən tərəf meydan sahibləri olub. Oyun “Yunayted”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Liverpul” isə “Tottenhem”i məğlub edə bilməyib. Gərgin keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun digər matçlarında “Kristal Pelas” “Lids”lə, “Nottingem Forest” isə “Fulhem”lə qolsuz bərabərliyə razılaşıb.
0
0