“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın son turu ərəfəsində turniri Çempionlar Liqası ilə müqayisə edib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis ölkə çempionatındakı qələbənin daha çətin olduğunu açıqlayıb.
Premyer Liqanın liderinin çalışdırıcısı buradakı uğurun çətinliyini qeyd edib: “Premyer Liqada qalib olmaq Çempionlar Liqasını qazanmaqdan çox çətindir. Tur sayı, oyunlar, zədələrlə mübarizə, müxtəlif situasiyalar daha çoxdur. Son illər Premyer Liqada qələbə uğurdur. Bu, İngiltərə kubokundakı kimi sadəcə bir oyun deyil. Burada sabitlik lazımdır. Demirəm ki, Çempionlar Liqası vacib deyil. Biz finalda oynamaq istəyərdik. Amma 38 turda qalib gəlməklə bunu 7 matçda etmək arasında fərq var. Bu çox xoşdur. Biz də buna yaxınıq”.
Qeyd edək ki, son turda “Aston Villa” ilə qarşılaşacaq “Mançester Siti” ən yaxın izləyicisi “Liverpul”u bir xal qabaqlayır.
- "Araz-Naxçıvan" Birinci Liqa klubu ilə yoxlama oyunu keçirəcək
- Avropa çempionatı: Millimiz növbəti oyununa çıxır
- Frits Ştuxlik və Sərxan Hacıyev Elçin Məsiyevə xüsusi mükafat verdi
- Çempion Tovuzda xal itirdi, Bayılda bol qollu derbi YENİLƏNİB
- Premyer Liqa tarixində ən yaxşı penalti vuran futbolçular – “10-luq”