“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10.05.2025 - 22:02
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır

Türkiyə Super Liqasında XXXV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Eyüpspor" öz meydanında "Kasımpaşa" ilə qarşılaşıb.

Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

Turun digər matçında lider "Qalatasaray" "Trabzonspor"la üz-üzə gəlib. Gərgin keçən oyunun qalibi qonaqlar olub. Görüş "cimbom"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə Super Liqası
XXXV tur

17:00. "Eyüpspor" - "Kasımpaşa" - 0:3
17:00. "Konyaspor" - "Rizəspor" - 2:1
20:00. “Trabzonspor” - “Qalatasaray” - 0:2