İspaniya La Liqasında X turun mərkəzi qarşılaşması keçirilib.
Apasport.az xəbər verir ki, “Barselona” doğma meydanda əzəli rəqibi “Real Madrid”i qəbul edib.
“Spotify Kamp Nou” stadionunda baş tutan El-Klassiko qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Madrid təmsilçisinin heyətində Kilian Mbappe dubl edib. Fransalı hücumçu 41 və 87-ci dəqiqələrdə fərqlənib. Meydan sahiblərinin yeganə qolunu isə 61-ci dəqiqədə Rafinya vurub.
Bu nəticə ilə “Barselona”nın ölkə çempionatında mövsümün əvvəlindən davam edən 9 oyunluq qələbə seriyası başa çatıb.
“Real Madrid” xallarının sayını 24-ə çatdıraraq üçüncü pillədəki mövqeyini qoruyub. İlk məğlubiyyətini alan “Barselona” isə 27 xalla liderliyini davam etdirir. Komandalar arasındakı xal fərqi 3-ə enib.
Qeyd edək ki, ikinci pillədə 25 xalı olan “Atletiko” qərarlaşıb.
- “Sabah”ın qapısı etibarlı əllərdə: RAZILIQ ƏLDƏ OLUNDU
- Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm”
- Campaolonun “Sampdoriya”nı tərk etməsi rəsmiləşdi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- "Fənərbaxça"da hədəf: fransız ulduz Antoni Marsial