“Real”dan ardıcıl 3-cü qələbə: ARDA DA FƏRQLƏNDİ
30.08.2026 - 23:22
İspaniya La Liqasında III turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün "Real" meydana çıxıb.
Komanda "Malaqa"nı qəbul edib. Görüşdə hesab erkən açılıb. Cud Bellinqem fərqlənib. Çox keçmədən Alfonso Herrero avtoqol müəllifi olub. 2 dəqiqə sonra Kilian Mbappe adını tabloya yazdırıb.
İkinci hissə nisbətən sakit tempdə keçib. Matçın son dəqiqələrində Arda Güler oyunda yekun nəticəni müəyyənləşdirib - 4:0.
Qeyd edək ki, "Real" bu qələbə ilə xallarının sayını 9-a çatdırıb.
0
0