Ronaldo dubl etdi, “Əl-Nəsr” qələbə qazandı
13.04.2025 - 00:04

Səudiyyə Ərəbistanı çempionatında XXVII turun görüşləri keçirilir.
Apasport.az xəbər verir ki, “Əl-Nəsr” öz meydanında "Əl-Riyad"la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ronaldo bu matçda dubl etməklə karyerasının 932 və 933-cü qollarını vurub.
Qeyd edək ki, “Əl-Nəsr” çempionatın geridə qalan XXVII turundan sonra 57 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0