Şota Arveladze yenidən Türkiyədə çalışacaq
11.12.2023 - 22:25
Türkiyə Super Liqa təmsilçisi "Fatih Karagümrük"ün yeni baş məşqçisi müəyyənləşib. Apapsort.az xəbər verir ki, klub bu vəzifəyə Şota Arveladzenin təyin olunduğunu açıqlayıb.
Belə ki, 50 yaşlı gürcüstanlı mütəxəssislə artıq razılığa gəlinib.
Arveladzenin son klubu İngiltərə Çempionşip təmsilçisi "Hall Siti" olub. O, 8 ildən sonra futbolçu karyerasının da bağlı olduğu Türkiyəyə məşqçi kimi dönüb. Arveladze bu ölkədə "Kayserispor, "Kasımpaşa" və "Trabzonspor"u çalışdırıb.
Xatırladaq ki, "Fatih Karagümrük" baş məşqçisi Alparslan Erdemlə yolları ayırıb.
- Stolüstü tennis üzrə ölkə birinciliyi start götürüb
- Orxan Əliyev: "İstədiyimiz futbolu göstərə bilmədik" - Müsahibə
- ACF gənc idmançılar arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb
- Paris-2024: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır - Günün proqramı
- Azərbaycan klubu daha bir legioner basketbolçunu transfer edib
0
0