Super Liqa: “Beşiktaş” “Kasımpaşa” ilə bacarmadı
07.04.2025 - 23:02
Super Liqa: “Beşiktaş” “Kasımpaşa” ilə bacarmadı

Türkiyə Super Liqasında XXX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün 2 matç keçirilib.

"Kasımpaşa" öz meydanında "Beşiktaş"ı qəbul edib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun digər matçında "Göztəpə" "Qaziantepspor"la 1:1 hesablı sülhə razı olub.

Türkiyə Super Liqası
XXX tur
21:00. “Kasımpaşa” - “Beşiktaş” - 1:1
21:00. "Göztəpə" - "Qaziantepspor" - 1:1