"Yuventus"dan səfərdə böyük hesablı qələbə
08.02.2023 - 01:45
!["Yuventus"dan səfərdə böyük hesablı qələbə](https://ww3.apasport.az/storage/news/2023/february/08/big/63e2c7a71b69f63e2c7a71b6a0167580663163e2c7a71b69d63e2c7a71b69e.jpg)
İtaliya çempionatının XXI turuna yekun vurulub.
Apasport.az xəbər verir ki, aktivindən 15 xal silinmiş "Yuventus" səfərdə "Salernitana"nın qonağı olub.
Ardıcıl 3 çempionat matçında qələbə qazana bilməyən Turin təmsilçisi bu dəfə meydan sahiblərinin qapısından 3 top keçirib – 3:0.
Bu qələbədən sonra "Yuventus" xallarını 26-ya çatdıraraq yenidən 10-cu sıraya qalxıb.
0
0