
İngiltərənin paytaxtı Londonda komandalar arasında rapid üzrə dünya çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Rauf Məmmədovun heyətində çıxış etdiyi “Freedom” komandası 17 xalla çempionatın bürünc mükafatçısı olub.
Yarış ərzində altı oyunda iştirak edən Rauf Məmmədov iki qələbə qazanıb, bir heç-heçə edib və üç məğlubiyyət alıb.
Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu "Generation XYZA" 15 xalla yarışı 8-ci yerdə başa vurub. Məmmədyarov 12 oyunda səkkiz qələbə qazanıb.
Blits üzrə dünya çempionatının 5-ci turunda Türkiyə komandasının heyətində çıxış edən 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhmədin qələbəsi gündəmi zəbt edib.
2290 FIDE reytinqinə sahib Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməklə diqqətə səbəb olub.
Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.