Azər Mirzoyev Budapeştdə 6-cı olub
24.03.2025 - 12:30
Azər Mirzoyev Budapeştdə 6-cı olub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən “One Week March” şahmat turniri başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Azər Mirzoyev yarışda 6-cı yeri tutub.

O, 9 turda 1 qələbə qazanıb, 7 heç-heçə edib və 1 dəfə uduzaraq 4,5 xal toplayıb. 7 xal qazanan Artem Uskov (FİDE) turnirin qalibi olub.

Qeyd edək ki, qrossmeysterlərin A turniri 10 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilib.