![Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar](https://ww3.apasport.az/storage/news/2024/april/26/big/662b906da208b662b906da208c1714131053662b906da2089662b906da208a.jpg)
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yer tutan iti zəka sahibləri mükafatlandırılıblar.
Apasport.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə ilk "5-lik"də qərarlaşan şahmatçılar mükafat alıblar.
Karyerasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlıya medal və 12 min manat pul mükafatı verilib.
Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də vitse-prezident Faiq Həsənov təqdim ediblər.
Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gəlib. 3-cü yer uğrunda görüşdə Xəzər Babazadəni məğlub edən Vüqar Rəsulov isə bürünc medala sahib çıxıb. İlk üç yerin sahibi şəxsi Avropa çempionatında iştirak edəcək.