![“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/may/03/big/6634a10e0d2d76634a10e0d2d817147251346634a10e0d2d56634a10e0d2d6.jpg)
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.
FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların yekun siyahısı iyunun 15-də müəyyənləşəcək.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dolları olacaq.
Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.