Eltac Səfərli şahmat turnirində çempion olub
21.07.2024 - 22:55
![Eltac Səfərli şahmat turnirində çempion olub](https://ww3.apasport.az/storage/news/2024/july/21/big/669d50d748b22669d50d748b231721585879669d50d748b1f669d50d748b21.jpg)
Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub.
Apasport.az xəbər verir ki, o, 9 turdan sonra 7,5 xal toplayıb.
Şahmatçımız sonuncu turda Boyan Maksimoviçlə (Bosniya və Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub.
Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb.
0
0