Eltac Səfərlidən qələbə və heç-heçə
15.12.2024 - 22:27
![Eltac Səfərlidən qələbə və heç-heçə](https://ww3.apasport.az/storage/news/2024/december/15/big/675f1dc47268f675f1dc4726901734286788675f1dc47268d675f1dc47268e.jpeg)
Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə keçirilən “Skopje Open” beynəlxalq turnirində bu gün 2-ci oyununu keçirib.
Apasport.az xəbər verir ki, qrosmeysterimiz 7-ci tur çərçivəsində Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb.
Görüş heç-heçə yekunlaşıb. Bu nəticədən sonra xalını 5,5-ə yüksəldən 2-ci pillədəki mövqeyini qoruyub. İlk pillələrdə qərarlaşan şahmatçılar eyni xala malikdirlər.
Qeyd edək ki, Eltac bu gün digər görüşdə almaniyalı Marius Fromma qalib gəlib.
0
0