Karlsen növbəti çempionluğunu qazanıb
22.12.2024 - 00:24
![Karlsen növbəti çempionluğunu qazanıb](https://ww3.apasport.az/storage/news/2024/december/22/big/67672471263466767247126347173481278567672471263446767247126345.jpeg)
Champions Chess Tour beynəlxalq şahmat turnirinin qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, finalda Maqnus Karlsen Yan Nepomnyaşini məğlub edib.
Norveçli qrosmeyster rusiyalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Alireza Firuzca və Maksim Vaşe-Laqrav isə yarışı 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, turnirin mükafat fondu 500 min ABŞ dolları olub.
0
0