![Karlsen və Polqar tarixin ən yaxşıları seçildi](https://ww3.apasport.az/storage/news/2024/september/20/big/66ed596592a6666ed596592a67172683094966ed596592a6366ed596592a64.jpg)
Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlsen və macar Yudit Polqarı şahmat tarixinin ən yaxşı oyunçuları olaraq tanıyıb.
Apasport.az xəbər verir ki, hər iki qrossmeyster Budapeştdə FIDE-nin 100 illik yubileyinə həsr olunmuş qala gecəsində mükafatlandırılıb.
Yudit Polqar 2014-cü ildə karyerasını başa vurmasına baxmayaraq, 1989-2015-ci illərdə FIDE-nin qadın şahmatçıları arasında reytinq cədvəlinə liderlik edib. Macarıstan milli komandası ilə 1988 və 1990-cu illərdə Ümumdünya Şahmat Olimpiadasında qızıl medal, kişilərdən ibarət komandada isə iki dəfə gümüş medal qazanıb.
Maqnus Karlsen isə 2013-2023-cü illərdə dünya çempionu olub və bu titulu dörd dəfə ardıcıl olaraq müdafiə edib. 2023-cü ildə isə o, könüllü olaraq titulun beşinci müdafiəsindən imtina edib və həmin il rusiyalı Yan Nepomnyaşini məğlub edən çinli Dinq Liren şahmat tacına sahib olub.