Manafov 35-ci pillədə
21.08.2025 - 12:48

BƏƏ-də keçirilən 31-ci "Abu Dhabi International Chess Festival" şahmat turniri davam edir.
Apasport.az xəbər verir ki, "Masters" turnirində çıxış edən Azərbaycan şahmatçılarından Vüqar Manafov daha yaxşı nəticəyə malikdir.
O, 6 turdan sonra 4 xalla 35-ci yerdədir. 54-cü mövqedəki Şiroğlan Talıbovun 3,5, 92-ci yerdə qərarlaşan Süleyman Süleymanlının isə 3 xalı var.
Hərəyə 1,5 xalı olan Fərid Orucov və Gülnar Məmmədova isə autsayderlər arasındadırlar. Çinli Chongsheng Zeng 5,5 xalla liderdir.
Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış avqustun 24-dək davam edəcək.
0
0