Maqnus Karlsen dünya çempionatından qovulub
28.12.2024 - 09:24
Norveçli şahmatçı Maqnus Karlsen ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, 34 yaşlı qrossmeyster geyim qaydalarına əməl etmədiyi üçün yarışdan qovulub.
Hakimlər Karlsenin cins şalvarının tədbirin statusuna uyğun olmadığını hesab ediblər.
Qaydalara əsasən, o, geyimini dəyişməli və cərimə ödəməli idi. Amma şahmatçı buna əməl etməyib və baş hakim Aleks Qolovçak onu turnirdən kənarlaşdırıb.
Bundan əvvəl FIDE bayrağı altında çıxış edən Yan Nepomnyaşi geyim qaydalarını pozduğu üçün cərimələnmişdi.
- Dembelenin het-triki tarixə düşdü - 69 ildə 2-ci
- “Neftçi SOCAR” Tokioda 1/4 finala yüksəldi – Qrup lideri oldu
- Güləş üzrə Azərbaycan çempionatı başa çatdı - FOTO
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Taekvondoçumuz dünya çempionatının 1/4 finalında məğlub oldu - YENİLƏNİB
0
0